Bakıdakı 249 saylı məktəbdə bayram təntənəsi - 1-ç sinif şagirdlərinin ifasında
Ölçü:

Bu gün Bakının Xətai rayonundakı 249 saylı tam orta məktəbin 1-ç sinif sagirdlərinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.

Koordinat.az xəbər verir ki, bayram şənliyi 1-ç sinif rəhbəri Qəmər Hüseynovanın rəhbərliyi və valideynlərin dəstəyi ilə şagirdlər tərəfindən hazırlanıb. Şənlikdə şagirdlər vətənpərvərlik və qəhrəmanlıq haqqında şeirlər söyləyib və rəqs ediblər. Şagirdlər həmçinin birinci sinifdə öyrəndikləri rəqəmlərlə bağlı maraqlı viktorina keçiriblər.

249 saylı məktəbin direktoru Nizami Bayramov tədbirdə çıxış edərək ölkəmizdə təhsilin inkişafı ilə bağlı Prezident İlham Əliyevin və birinci Vitse-Prezident Mehriban Əliyevanın təhsilə göstərdikləri qayğıdan və təhsilimizin inkişafından danışıb. Daha sonra məktəbin valideyn şurasının sədri, AMEA Fəlsəfə İnstitutunun professoru Sakit Hüseynov çıxış edərək birinci sinif şagirdlərinin maraqlı bayram şənliyi hazırladıqlarına görə məktəbin müəllim kollektivinə, sinif müəlliməsi Qəmər xanıma və şənlikdə iştirak edən valideynlərə öz minnətdarlığını bildirib.

Professor belə şənliklərin və tədbirlərin keçirilməsi şagirdlərin vətənpərvər ruhda formalaşmasında mühüm rol oynayır.  

28.12.2019 16:33:00
Oxuma sayı: 276