Quduzluğun profilaktikası üzrə seminar
Ölçü:


“Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək” adlı Tvinninq layihəsi çərçəvəsində quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi üzrə seminar keçirilib.

Koordinat.az xəbər verir ki, seminarda çıxış edən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov layihənin məqsədinin heyvan və insan sağlamlığını mühafizə etmək, qida təhlükəsizliyini yaxşılaşdırmaq və ictimai sağlamlığa töhfə vermək olduğunu deyib. O bildirib ki, quduzluq xəstəliyinin aradan qaldırılması istiqamətində Kənd Təsərrüfatı, Səhiyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Maliyyə, Daxili İşlər nazirlikləri kimi aidiyyyəti qurumlar birgə çalışır.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Epidemioloji nəzarət və profilaktika sektorunun müdiri Ceyhun Əliyev isə quduzuluq xəstəliyi haqqında məlumat verərək hər il 10 milyondan artıq insanın heyvanlardan müxtəlif zədələr aldığını deyib: “Quduzluq xəstəliyindən hər il dünyada 60 mindən çox insan ölür. Azərbaycanda da son dövlər bu xəstəlik daha çox rayonlarda müşahidə olunur”.

Daha sonra Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdir müavini Rita İsmayılova xəstəliyin müalicəsi üzrə seminar iştirakçılarına məlumat verib.
18.01.2018 11:26:00
Oxuma sayı: 968