Gələn il Azərbaycanda 3 faiz iqtisadi artım gözlənilir
Ölçü:

2019-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı son 5 ildə ilk dəfə 2%-i ötüb, qeyri-neft ÜDM-nin artımı isə 3,5% təşkil edərək dünya üzrə iqtisadi artım tempindən çox olub. 

Koordinat.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkədə sahibkarlığın inkişafı ilə bağlı aparılan islahatlar, eləcə də idarəetmə islahatları, inqilabi sosial paket, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayəıərin artımı iqtisadi böyüməni sürətləndirir: "2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9%, bitkiçilikdə 11,3%, informasiya və rabitə xidmətlərində 15,9%, turizmdə (turistlərin say artımı) 11,1% artım olub.

İqtisadi artımın 2020-ci ildə son 6 ildə ilk dəfə %-ə çatması, 2021-ci ildə 3,7%, 2022-ci ildə 3,1% və 2023-cü ildə 3,2% olması proqnozlaşdırılır. Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3%, 2020-ci ildə isə 2,5% (qeyri-neft ixrac çəkili) olacağı proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan artıq olması da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək".
26.12.2019 12:13:00
Oxuma sayı: 2384