Tanınmış vəkil şəhidlərin “Qan pulu”nun verilməməsindən yazdı: “Heç olmasa, bu dəfə insafa gəlin!”
Ölçü:


Azərbaycanın tanınmış hüquqşünası, vəkil Aslan İsmayılov şəhid ailələrinə və Qarabağ əlillərinə verilməli olan, 25 ildir verilməyən “Qan pulu” - Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası məsələsini qaldırıb.

Koordinat.az
vəkilin "Facebook" səhifəsində yazdığı statusunu oxuculara təqdim edir:

“Qarabağ müharibəsindən 25 il keçir. Bu gün də Qarabağ müharibəsində həlak olanların ailəsinə “qan pulu” deyilən 11 min manat birdəfəlik müavinət ödənilməyib. Bu pulu gözləyənlərin çoxları rəhmətə gedib və yəqin ki, o dünyada bizə haqlı olaraq lənət oxuyurlar. Sağ qalanların da dərman puluna ehtiyacları var. Neftin qiyməti yüksək olanda pulları dağıtdılar. İndi yenə neftin qiyməti qalxır, heç olmasa bu dəfə insafa gəlin, o pulları ödəyin. Hər dəfə o ailələrdən mən müraciət edib pulların ödəniləcəyini soruşanda mən utanıram. Bir az da o hissdən sizdə olsun. Nə olar?! Axı deyirlər ki, qan pulunu yemək olmaz.

P.S.
O pulu alacaq insanlar da çox qalmayıb”.
17.01.2018 23:16:00
Oxuma sayı: 780