İslamiada: Azərbaycan 60-cı qızılı qazandı
Ölçü:


Azərbaycan komandası Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində növbəti qızıl medalını qazanıb.

Koordinat.az xəbər verir ki, bu, suya tullanma yarışlarında baş verib. Belə ki, qadınlar arasında 10 m platformadan suya tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya qızıl medal qazanıb. İkinci yeri indoneziyalı Della Harimurti, üçüncü yeri isə türkiyəli Sinem Sağlam tutub.

Xatırladaq ki, bu, Azərbaycanın İslamiadada 60-cı qızıl medalıdır.
19.05.2017 17:59:52
Oxuma sayı: 216