Azad Rəhimov  idmançılarımızdan razıdır: "116 medalımız var"
Ölçü:


“Azərbaycan idmançıları-istər kişi, istərsə də qadın idmançılarımız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında möhtəşəm çıxış edirlər”.

Koordinat.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, bu günə kimi IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 116 medal qazanıb: “66 medal kişilərin, 50 medal isə qadınların payına düşür”.
19.05.2017 15:28:00
Oxuma sayı: 272