Mədət Quliyev: “Azərbaycanın daxilində heç bir təhlükə yoxdur”
Ölçü:



“Azərbaycanın daxilində heç bir təhlükə yoxdur. Xalq prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Lakin Azərbaycan bir çox dövlətlərin maraq dairəsindədir. Bu baxımdan kənardan böyük təhdidlər var”.

Koordinat.az-ın məlumatına bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

DTX rəisi xatırladıb ki, bir neçə gün öncə cəsus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verilib: “Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova tapşırıq verilib. Onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Xəyanətin üstünün açılması Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Prezidentin tapşırıqlarının düzgün yerinə yetirilməsinin nəticəsidir”.

19.05.2017 15:06:00
Oxuma sayı: 81