Əli Kərimlinin köməkçisi məhkəmə qarşısında
Ölçü:



AXCP sədri Əli Kərimlinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.

Koordinat.az-ın məlumatına görə, iş Səbail rayon Məhkəməsində Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra F.Əmirlinin vəkilləri Aqil Layıcovla Fəxrəddin Mehdiyev vəsatətlə çıxış ediblər.

Onlar müvəkkillərinin barəsində cinayət işinə xitam verilməsi və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə baxış iclası iyunun 1-nə təyin edilib.

Qeyd edək ki, bu il martın 11-də F.Əmirli barəsində seçilmiş həbs qətimkan tədbiri başa çatırdı. İstintaq orqanının təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi F.Əmirli barəsində olan həbs qərarının müddətini iyun ayının 2-dək uzatmışdı. F.Əmirlinin vəkili qərardan apellyasiya şikayəti vermişdi.

F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.

O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.
19.05.2017 14:40:00
Oxuma sayı: 232