İlin sonunadək neft 52 dollara satılacaq
Ölçü:


 “Hazırda neftin qiyməti 52 dollar ətrafında dəyişir. Çox güman ki, bu qiymət OPEC ölkələrinin Vyana toplantısına qədər qala bilər”.

Koordinat.az xəbər verir ki, bunu "Sputnik Azərbaycan"a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Onun fikrincə, qiymətin yuxarı qalxması bazara göndərilən müsbət siqnallardan asılıdır.

İlham Şaban hesab edir ki, konfrans öncəsi hasilatın azaldılmasının əleyhinə çıxan olmayacaq: "Düşünürük ki, budəfəki konfrans mülayim abı-havada keçəcək. İlin sonuna, hətta gələn ilin martın sonuna kimi hasilatın azaldılmasının davam etdirilməsi və bu kvotaların saxlanılması gündəmdə qalacaq. Bu qərar qəbul edilərsə bazara müsbət təsir göstərəcək, qiymətlərin bir müddət yüksək olmasını təmin edəcək. Ahənglik üst-üstə düşərsə neftin qiymətinin 55 dolları keçməsi problemli olmayacaq”.

19.05.2017 13:38:00
Oxuma sayı: 107