Apreldə ABŞ-da ən çox satılan cihazın adı açıqlandı
Ölçü:



“Nintendo Switch” aprel ayında ABŞ-da daha çox satılan oyun avadanlığı olub.

Koordinat.az
-ın xəbərinə görə, bu barədə xarici KİV-lər məlumat yayıb.

Əldə olunan məlumatlara görə, 280 mindən artıq istifadəçi “Nintendo Switch” əldə edib. Söz düşmüşkən, bu ilin mart ayında tərtibatçılar 906 000 ədəd cihaz realizə ediblər. Bununla əlaqədar mütəxəssislər oyun avadanlıqları bazarında ikinci dəfə liderliyi ələ alıblar.

“Switch” üçün ötən ayın ən miqyaslı oyunun təqdimatı “Mario Kart 8 Deluxe” yarış oyunu oyub. Belə ki, bu oyunu 550 000 istifadəçi maraqlanıb. Həmçinin “The Legend of Zelda: Breath of the Wild” oyunu da böyük marağa səbəb olmaqdadır. Artıq bu məhsul 1,3 milyon dəfə yüklənib.

19.05.2017 13:18:00
Oxuma sayı: 72