Azərbaycanda əhalinin 30 faizi yüksək qan təzyiqindən əziyyət çəkir
Ölçü:


“Azərbaycanda tütünə görə gömrük rüsumu artırılmalıdır. Bu rüsum hazırda çox aşağıdır”.

Koordinat.az
xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru İvo Rakovac deyib. Onun sözlərinə görə, əhali arasında yüksək qan təzyiqi duzun normadan artıq qəbulu nəticəsində yaranır. Azərbaycanda kişilərin 30 faizi əksər hallarda öz qidalarına duz əlavə edirlər: “Azərbaycanda bu göstərici digər ölkələrlə müqayisədə daha yüksəkdir. Maarifləndirmə aparmaqla bu göstəricini daha da aşağı salmaq olar".

Menecer vurğulayıb ki, Azərbaycanda əhalinin 90 faizi fiziki aktiv sayılmır. Sorğunun nəticələrinə görə, Azərbaycanda əhalinin 55-56 faizində artıq çəki olduğunu deyən İ. Rakovac bildirib ki, bu göstərici qadınlarda kişilərə nisbətən daha yüksəkdir: "Bu göstərici 2011-ci illə müqayisədə yüksəlib. Təbii ki, növbəti illərdə bunun böyük nəticələri olacaq. Əhalinin 30 faizi yüksək qan təzyiqindən əziyyət çəkir. Bu göstərici 2011-ci illə müqayisədə aşağı düşüb və digər ölkələrdən aşağıdır. Bu hal da sevindiricidir".

19.12.2019 15:47:00
Oxuma sayı: 282