Ağstafanın icra başçısı və müavini həbs olundu
Ölçü:

Azərbaycanda sensasiya sayıla biləcək hadisə baş verib.

Koordinat.az
xəbər verir ki, yayılan məlumatlara görə, hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini həbs ediblər. İcra başçısı ilə yanaşı, onun müavini də saxlanılıb. Unikal.org həbs olunan şəxslərin Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov olduğunu yazıb. 
Nizaməddin Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.

Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Nizaməddin Quliyev 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Prezidenti İlham Əliyevin 24 sentyabr 2009-cu ilin tarixli Sərəncamı ilə Goranboy Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var
19.12.2019 12:35:00
Oxuma sayı: 718