"Şahdəniz-3" layihəsi aktuallaşır
Ölçü:


"Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin üçüncü mərhələsi həyata keçirilməsi danışıqlardan asılı olan məsələlərdən biridir".

Koordinat.az
xəbər verir ki, bunu jurnalistlərə BP-in Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr,  xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

«"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda dərində yerləşən qaz və "Şahdəniz-3" layihəsi danışıqlardan asılı olan məsələlərdir», - deyə B. Aslanbəyli bildirib. Onun sözlərinə görə, bu məsələlərdə hər şey iqtisadi səmərəliliyindən asılıdır: "Yatırılan investisiyalar və çıxarılacaq resursların iqtisadi səmərəliliyi qiymətləndirilməlidir  Bunlar hamısı müzakirə edilməlidir".

18.12.2019 18:19:00
Oxuma sayı: 220