Dərs müşahidələri keçirilir
Ölçü:


Paytaxtdakı ümumi təhsil müəssisələrində “İngilis dili mütəxəssisi” layihəsi çərçivəsində dərs müşahidələri keçirilir.

Bu barədə Koordinat.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər. Qeyd olunur ki, dərs müşahidələri İngilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübənin dərslərdə tətbiq olunması məqsədlərinə xidmət edir.

Aparılan dərs müşahidələri zamanı amerikalı təhsil eksperti Rey Roberts və Təlimə Dəstək Mərkəzinin xarici dillər istiqaməti üzrə mentorları tərəfindən İngilis dili müəllimlərinin dərsləri dinlənilir.

Təhsil eksperti tədris prosesini “Sinfin idarə olunması” komponenti üzrə qiymətləndirir. Dərslərin yekununda ekspert tədris prosesinin təkmilləşdirilməsi istiqamətində yerli mütəxəssislərlə fikir mübadiləsi aparır və müəllimlərə inkişafetdirici tövsiyələr verir.

Qeyd edək ki, “İngilis dili mütəxəssisi” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Amerikanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır. Layihənin həyata keçirilməsində əsas məqsəd xarici dilin tədrisi üzrə mövcud ehtiyaclar, tələblər əsasında müəllimlərə müvafiq dəstək göstərmək və beynəlxalq təcrübənin məqsədəuyğun tətbiqi baxımından mütəxəssislərin peşəkar inkişafı üçün səmərəli platforma yaratmaqdan ibarətdir.

18.05.2017 14:30:33
Oxuma sayı: 94