Bakıda 17 121 şagird üçün “Son zəng” çalınacaq
Ölçü:


Bu il Bakı şəhəri üzrə 1-ci və 11-ci sinifləri nə qədər şagirdin bitirəcəyi məlum olub.

Koordinat.az
xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildiriblər. Məlumata görə, bu il ümumilikdə Bakı şəhəri üzrə 62.000-dən çox şagird birinci və 11-ci sinfi bitirir.

“2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri üzrə I sinfi 45 321 şagirdin, XI sinfi isə 17 121 şagirdin bitirməsi gözlənilir”,-idarədən bildirilib.

 Qeyd edək ki, bu il “Son zəng” iyunun 14-də keçiriləcək.

 
18.05.2017 12:27:22
Oxuma sayı: 290