Qazaxıstan Azərbaycandan pulunu istəyir
Ölçü:


Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun bir qədər əvvəl xarici borclarını restruktizasiya etməyə qərar vermiş “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) 71 mlrd. tengedən çox (bugünkü məzənnə ilə 383,4 mln. manat) pulu qalıb.

Koordinat.az xəbər verir ki, bu barədə “Report” Qazaxıstan mətbuatına istinadən məlumat yayıb. Bildirilir ki, bu ölkənin Xarici İşlər Nazirliyi həmin vəsaitin geri qaytarılması üçün Azərbaycan tərəfi ilə diplomatik kanallar vasitəsilə aktiv əməkdaşlıq etməyə qərar verib. Rəsmi Astana ABB-nin qiymətli kağızlarına qoyulmuş pulların batacağından ehtiyat edir.
18.05.2017 12:02:30
Oxuma sayı: 464