Milli Məclisin iclası təxirə salındı - qanun layihələri deputatlardan geri alınıb
Ölçü:


Milli Məclisin mayın 23-nə təyin olunmuş iclası təxirə salınıb.

Koordinat.az xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb. Bildirilir ki, iclasın vaxtı yaxın günlərdə açıqlanacaq.

Məlumata görə, növbəti iclasda müzakirə olunması gözlənilən qanun layihələri deputatlardan geri alınıb. İclasın gündəliyində nəzərdə tutulmuş qanun layihələrinin, sazişlərin və digər sənədlərin artırılması gözlənilir.

Qeyd edək ki, Milli Məclisin bu iclasına 26 məsələ daxil edilmişdi.
18.05.2017 11:16:00
Oxuma sayı: 140