Azərbaycana pul köçürmələri xeyli azalıb
Ölçü:


2017-ci ilin I rübündə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

Koordinat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul Siyasəti İcmalında qeyd olunub. Sənəddə qeyd olunub ki, ilkin rəqəmlərə əsasən 3 ay ərzində ölkəyə daxil olan pul baratları 140,5 mln. ABŞ dolları təşkil edib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 38,7 mln. manat və ya 21,6% azdır.

Bununla belə, ötən ilin son rübü ilə müqayisədə Azərbaycana daxil olan pul baratlarında artım qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə ölkəmizə 8,9 mln. manat və ya 6,8% çox vəsait daxil olub.
18.05.2017 10:33:00
Oxuma sayı: 78