Valideynlərin 60 faizi DİM-in imtahanlarla bağlı qərarından narazı qalır
Ölçü:


DİM-in qəbul imtahanlarında iştirakla bağlı tətbiq etdiyi ödənişin məbləği respondentlərin 11%-ni (44 nəfər) tam qane edir, 21%-ni (83 nəfər) qane edir, 21,5%-ni (86 nəfər) qismən qane edir, 29,5%-ni (118 nəfər) qane etmir, 17%-ni (69 nəfər) heç qane etmir.

Koordinat.az
xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzusunda hesabat tədbirində məlumat verilib. Bildirilib ki, DİM-in qəbul imtahanlarında iştirakla bağlı tətbiq etdiyi ödənişin məbləği valideyn və müəllim respondentlərin 30,8%-ni heç qane etmir, 33,3 %-ni qane etmir, 18%-ni qismən qane edir, 17,9%-ni qane edir. Məlumata əsasən, ümumilikdə imtahanlarda iştirakla bağlı ödənişin məbləği respondentlərin 60%-dən çoxunu qane etmir. Respondentlər ödənişin məbləğinin orta hesabla 19-20 manat arasında olmasını arzu ediblər.

Qəbul imtahanlarında iştirakla bağlı ödənişin məbləğinə abituriyentin və ya onun valideyninin münasibətinə dair müxtəlif coğrafi bölgələr arasında fərq aşkar edilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Tarif Şurasının 6 mart 2017-ci il tarixində keçirilmiş iclasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
18.12.2019 13:19:00
Oxuma sayı: 81