Bu il 5 minədək subbakalavr ali məktəblərə imtahansız qəbul olunub
Ölçü:


"Təhsilin müxtəlif pillələrində əhatəliliyi artırmaq istiqamətində işlər görülür. Bunun nəticəsində subbakalavr təhsili alan tələbələrin öz ixtisaslarına uyğun müəyyən şərtlər çərçivəsində təhsilin növbəti pilləsinə müsabiqədən kənar təhsil almaq imkanları təsbit edilib".

Koordinat.az
-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, 2019-2020-ci ildə subbakalavr təhsilini başa vuran 5000-ə yaxın azərbaycanlı tələbə bu imtiyazdan istifadə edərək təhsillərini davam etdirmək imkanı əldə ediblər. Nazir qeyd edib ki, eyni zamanda respublika və beynəlxalq olimpiada, incəsənət və idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olan 100-dən artıq istedadlı gənc Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.
16.12.2019 16:42:00
Oxuma sayı: 306