Şəhid ailəsinə və müharibə əlilinə mənzil verildi - FOTO
Ölçü:


Gəncə şəhərində bir qrup şəhid ailəsinə və müharibə əlilinə mənzillər təqdim edilib. Mənzillə təmin olunan şəhid ailələri sırasında Milli Qəhrəman Pərviz Səmədovun ailəsi də var. Onun həyat yoldaşı Mətanət Şahvələdovaya  üçotaqlı mənzil təqdim edilib.

Koordinat.az
xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə 934 mənzil verilməsi nəzərdə tutulub. Ümumən indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7178 mənzil və fərdi ev təqdim edilib.

Yeni mənzillə təmin olunan vətəndaşlar əhalinin rifahının təminatı, həssas qruplara dövlət qayğısının artırılması sahəsində aparılan ardıcıl işlərə, müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunduqlarına görə  Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

14.12.2019 17:11:00
Oxuma sayı: 33