"3-cü mikrorayon bazarı" yandı - yollar bağlandı
Ölçü:

Bakıda "Üçüncü mikrorayon bazarı"nda yanğın baş verib.

Koordinat.az xəbər verir ki, yanğın bazarda ərzaq mağazalarının birində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) saytımıza verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.yaxınlığında baş verən yanğınla əlaqədar hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov keçəsində və 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamıtində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

 Bununla əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir.

Qeyd edək ki, dekabrın 10-da Bakıda "EuroHome" tikinti materialları bazarı yanıb.
14.12.2019 17:27:00
Oxuma sayı: 36