Pənah Hüseyn seçkilərə qatılmayacaq
Ölçü:

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş Baş Nazir Pənah Hüseyn 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Koordinat.az xəbər verir ki, bu barədə Pənah Hüseyn özü bildirib. O, qeyd edib ki, sabah partiyanın Mərkəzi Şurasının iclası olacaq və orada növbədənkənar seçkilərlə bağlı qərar qəbul olunacaq: "Mən belə hesab edirəm ki, üzvlərimizin hər biri iştirak edə bilər. Təbii ki, partiya mənsubiyyətini göstərməklə. Mənim özümün şəxsən seçkilərə qatılmaq barədə heç bir fikrim yoxdur. Qərarım qətidir, bu gündən etibarən bildirirəm ki, mən seçkilərə qatılmayacam”.

Qeyd edək ki, P.Hüseyn 2005-ci il parlament seçkilərində “Azadlıq” seçki blokunun vahid namizədi kimi Sabirabad rayonundan Milli Məclisə deputat seçilib. Sonrakı seçkilərdə isə parlamentə düşə bilməyib.

14.12.2019 16:14:00
Oxuma sayı: 39