İlin ən fəal səfirləri seçildi - virtual sorğu
Ölçü:


“İslahatçı Gənclər” İctimai Birliyi və “Editor.az” İnformasiya Portalı birlikdə 2019-cu ilin yekunları ilə əlaqədar olaraq, müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə virtual sorğuları keçirib. Bu çərçivədə ölkəmizi müxtəlif ölkələrdə təmsil edən səfirlərimizin fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənmək məqsədi ilə keçirilən “İLİN ƏN AKTİV SƏFİRİ” virtual sorğusu başa çatıb.

Koordinat.az xəbər verir ki, 4 dekabr-10 dekabr 2019-cu il tarixlərini əhatə edən virtual sorğuda respondentlər müxtəlif ölkələrlə ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, KİV-lə fəal əməkdaşlıq, Azərbaycan həqiqətlərinin təbliği, xarici ölkələrdə yaşayan və işləyən azərbaycanlıların hüquqlarının qorunması işində səmərəli fəaliyyətinə görə, İLİN ƏN AKTİV SƏFİRLƏRİNİ seçiblər.

Sorğuya Azərbaycan Respublikasının fəallığı ilə seçilən 26 səfirinin adı daxil edilib. Səfirlərin fəallığı müəyyən edilərkən medianın monitorinqi və Sorğu Komitəsinin üzvləri olan ekspertlərin rəyləri əsas götürülüb.

Qeyd edək ki, 26 fəal diplomat arasından yalnız bir nəfərin “İLİN ƏN AKTİV SƏFİRİ” seçilməsinin digərlərinin əməyinə haqsızlıq olacağını nəzərə alaraq, virtual yarışmada ədalət prinsipinin gözlənilməsi məqsədi ilə Sorğu Komitəsi ən çox səs toplayan 3 diplomatın “İLİN ƏN AKTİV SƏFİRİ” Fəxri Mükafatı ilə təltif olunması haqqında qərar qəbul etmişdi. Sorğuda səfirlər arasında ciddi rəqabət müşahidə olunub. Sorğuda ümumilikdə 60.418 səsin qeydə alınması buna əyani sübutdur.

Beləliklə, 6 gün davam edən virtual sorğunun nəticəsinə əsasən Azərbaycan Respublikasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Həsən Zeynalov, Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Azər Xudiyev, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı, Monteneqrodakı və Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Həsənov İLİN ƏN AKTİV SƏFİRLƏRİ seçiliblər. Qalib səfirlərə“İLİN ƏN AKTİV SƏFİRİ” Fəxri Mükafatı təqdim ediləcək.

Qeyd etmək istəyirik ki, bu sorğunun nəticələri yalnız bu virtual səsvermədə iştirak edən internet istifadəçilərinin mövqeyini əks etdirir, hökm xarakteri daşımır və hər hansı bir səfirin fəaliyyətinə verilən yekun qiymət kimi dəyərləndirilə bilməz. 
14.12.2019 11:26:00
Oxuma sayı: 235