Rusdilli media Azərbaycanın dəmir yolu sahəsində görülmüş uğurlu nəticələrindən yazdı
Ölçü:

Azərbaycan hökuməti dəmir yolu sahəsində həyata keçirilən islahatların gedişindən və əldə olunan nəticələrdən məmnundur.

Koordinat.az xəbər verir ki, bu barədə rusdilli haqqin.az saytının yaydığı “İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi” başlıqlı məqalədə bəs olunur. Azərbaycanın dəmir yolu sahəsində görülmüş və hazırda görülməkdən bəhs edən məqalədə deyilir ki, prezident İlham Əliyev bu sektorun inkişafına xüsusi diqqət yetirir. Bildirilir ki, yenidən qurulan Sabunçu-Pirşağı xəttinin açılışında prezident İlham Əliyevin "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun xidmətlərini xüsusi vurğulaması onun bu sahədə görülən işlərdən məmnunluğunu göstərir.

Məqalədə prezident İlham Əliyevin “Son illərdə, xüsusən Cavid Qurbanovu bu vəzifəyə təyin etdiyim vaxtdan etibarən abadlıq, dəmir yollarının tikintisi, dəmir yolu xidmətlərinin yaxşılaşdırılması sahəsində böyük uğurlar əldə olundu” fikri də xatırladılır. Yazıda Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" QSC-yə rəhbərlik etdiyi dövrlə ölkə daxilində və beynəlxalq miqyasda bu sahədə aparılan böyük inkişaf faktlarla və statistik göstəricilərlə əsaslandırılır.


13.12.2019 20:57:00
Oxuma sayı: 2021