Ulduzlara hürən sülənti küçük
Ölçü:


Mahir HACİB,

Birinci Qarabağ müharibəsi veteranı, N saylı hərbi hissənin tibbi bölüyünün həkimi, yüzlərlə Azərbaycan  şəhidin şəhidlik zirvəsini şahidi, ehtiyatda olan zabit

Son günlər mətbuat orqanlarında  qızğın mübahisəyə səbəb olan AYB- nin üzvü Qəşəm Nəcəflinin oğlu Kəramət Böyükçölün məlum olayları barədə fikir bildirmək istəyində deyildim. Lakin Şamaxıdakı vulkan təkrar püskürəndən sonra susmağı bacarmadım.

Azərbaycan vulkanlar ölkəsidir. Bu təkcə coğrafi proses deyil, eyni zamanda ədəbi prosesdir. Vaxtaşırı vulkan kimi püskürən Xəlil Rza Ulutürk kimi ədiblərimizin əməyinin nəticəsidir ki, bu gün böyük bir sövq ilə Cümhuriyyətin 100 illiyi bayramına sonsuz qürürla qeyd edirik. Xəlil Rza kimi minlərlə vətən fədailəri səmada parlayan sönməz ulduzlardır. Çox təəssüf ki, bu ulduzlara baxıb fəxarət hissi ilə yaşayan vətən övladları ilə yanaşı, aldığı tərbiyə, böyüdüyü saxlanc şəraitinə uyğun hürən sülənti  it balaları da var.

Şəxsən mənim gənc yazar - ya Kəramət, ya Qəbahət, ya Fəlakət - fərqi yoxdur, birisini reklam etmək fikrim yoxdur. Lakin bu olayların düz 28 il bundan əvvəl Bakı və Sumqayıtda baş verən məlum erməni talanları ilə üst-üstə düşməsi, bir xoş təsadüfdən xəbər vermir. İndi soruşmaq istəyirəm ki, görəsən Kəramət Böyükçol hər kəsə aid  olan ən minimal kişilik borcunu - əsgəri xidmətini nə vaxt və harada keçib? Bu xidmət Azərbaycan Yazıçılar Birliyində keçibsə, yazıqlar olsun. Yox əgər keçən ilin məlum Tərtər istiqamətində baş verən olaylarla bağlılığı varsa, AYB-nin üzvü Qəşəm Nəcəfliyə səbrli olmaqdan savayı bir diləyim yoxdur.

Hər iki halı dövlətimizin müstəqilliyinin keşiyində duran dövlət orqanları tərəfindən nəzarətə götürülməsi arzusu ilə.


17.01.2018 12:42:47
Oxuma sayı: 1095