AFFA-nın növbədənkənar konfransı çağırıldı
Ölçü:

AFFA-nın 8 yanvar 2020-ci il tarixinə növbədənkənar konfransı çağırılıb.

Koordinat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, müvafiq qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Digər qərara əsasən, AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq AFFA-nın növbədənkənar Konfransına təqdim olunmalıdır.
13.12.2019 13:54:14
Oxuma sayı: 75