Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi
Ölçü:

Azərbaycanın əsas milli futbol komandasının xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib.

Koordinat.az  xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Xatırladaq ki, N.Yurçeviç ötən ilin fevralında millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini cəmi 1 xalla başa vurub.
13.12.2019 12:20:37
Oxuma sayı: 79