Türkiyə “erməni soyqırımı”nın tanınması barədə qətnaməsinə sərt reaksiya verib
Ölçü:

Türkiyə ABŞ Senatının “erməni soyqırımı”nın tanınması barədə qətnaməsinə sərt reaksiya verib.

Koordinat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çavuşoğlu qəbul olunmuş sənədi siyasi tamaşa adlandırıb.

“Qətnamə hüquqi qüvvəyə malik deyil və heç bir əhəmiyyətə malik deyil. Tarixdən siyasi məqsədlər üçün istifadə edənlər doğrunun gözünə baxmaqdan çəkinən qorxaqlardı”-deyə nazir deyib.

Ərdoğan administrasiyasının ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fəxrəddin Altun isə Senatın qərarını məsuliyyətsiz adlandırıb və ABŞ-Türkiyə münasibətlərinə ciddi zərbə vuracağını əlavə edib.
13.12.2019 11:05:22
Oxuma sayı: 34