Qida təhlükəsizliyi ilə bağlı vacib toplantı keçirilib - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Kodeks Alimentarius Milli Komissiyasının “Heyvan mənşəli qidaların rəsmi nəzarətinə dair xüsusi qaydalar” və “Heyvan mənşəli qidaların xüsusi gigiyena tələblərinə dair idarəetmə qaydaları” layihələri üzrə komitəsinin iclası keçirilib.
Koordinat.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun nümayəndələri və komitənin digər üzvləri iştirak ediblər. Bildirilib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan əsas məsələlərdən biri də qida təhlükəsizliyi sahəsində norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması və ya yeni norma və qaydaların hazırlanmasıdır.
Tədbirdə “Heyvan mənşəli qidaların rəsmi nəzarətinə dair xüsusi qaydalar” və “Heyvan mənşəli qidaların xüsusi gigiyena tələblərinə dair idarəetmə qaydaları” adlı texniki normativ hüquqi aktların layihələri müzakirə olunub.
AQTİ-də, həmçinin Kodeks Alimentarius Milli Komissiyasının “Qida məhsullarında çirkləndiricilər və toksinlər üçün ümumi standart” və “Şəkərin təhlükəsizliyi və minimum keyfiyyətinə dair tələblər” layihələri üzrə komitənin də iclası keçirilib.
Tədbirdə komitənin üzvü olan müxtəlif qurum və təşkilatların nümayəndələri iştirak ediblər.
İclasda “Qida məhsullarında çirkləndiricilər və toksinlər üçün ümumi standart” və “Şəkərin təhlükəsizliyi və minimum keyfiyyətinə dair tələblər” adlı texniki normativ hüquqi aktların layihələri müzakirə edilib.
12.12.2019 17:53:00
Oxuma sayı: 323