Qlobal İnnovasiya İndeksi: Azərbaycan 129 ölkə arasında 84-cüdür
Ölçü:


2019-cu il üzrə Qlobal İnovasiya İndeksində (Global Innovation Index) Azərbaycan 129 ölkə arasında 84-cü olub.

Koordinat.az
xəbər verir ki, Azərbaycan ötən il 82-ci olub. Ölkəmiz maksimum 100 baldan 30,2 bal toplayıb. Ən yaxşı mövqeyimiz bazar həssaslığı (56,5 balla 31-ci yer) və institutsionallaşma (64,5 balla 59-cu yer) indikatorları üzrə olub. Ən pis göstərici isə biznesin həssaslığı (24,5 balla 103-cü yer) və biliklər və texnoloji nəticələr (14,9 balla 101-ci yer) indikatorları üzrə qeydə alınıb.

Cədvələ İsveçrə (67,24 bal), İsveç (63,65 bal), ABŞ (61,73 bal) başçılıq edir.

İndeksi hazırlayanlar hesabatda aşağıdakı tendensiyalar qeyd edilib:
1. Dünyada iqtisadi azalma fonunda innovasiya fəaliyyəti inkişaf etsə də qarşıya yeni maneələr çıxır
2. Qlobal innovasiyaların landşaftı dəyişir və orta gəlirli ölkələrdə artım müşaidə edilir
3. İnnovasiya resursları və innovasiya fəaliyyətinin nəticələri hələ də bir neçə ölkə üzrə təmərküzləşib və buna görə ölkələr arasında innovasiyanın inkişaf fərqi qalmaqdadır.
4. Bir sıra ölkələrdə innovasiya sferasına yatırımlardan qazanclar digərləri ilə müqayisədə yüksəkdir.
5. İnnovasiyalarda kəmiyyət amilində keyfiyyət amilinə keçid əsas vəzifə olaraq qalmaqdadır.
6. Əsas aparıcı elmi-texniki klsterləri ABŞ, Çin və Almaniyada yerləşir. İlk dəfə olaraq Braziliya, Hindistan, Rusiya və Türkiyə klasterləri də ilk 100-yə düşə bilib.
7.Tibbi innovasiyaların köməkliyi ilə sağlamlığın mühafizəsi innovasiya fəaliyyətinə əlavə investisiya tələb edir
12.12.2019 17:37:00
Oxuma sayı: 46