Bibiheybət yolunda təmirə başlamayıb
Ölçü:


Yaxın günlərdə Bibiheybət qəsəbəsindəki sürüşümə qeydə alınan yolda təmir-bərpa işlərinə başlanacaq.

Koordinat.az
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib. O, qeyd edib ki, təmir-bərpa işləri AAYDA tərəfindən “Körpübinatikinti” şirkətilə birgə həyata keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə Modern.az-a deyib ki, hazırda Bibiheybət qəsəbəsində sürüşmə hadisəsi müşahidə edilmir: “Ümumilikdə respublika ərazisindəki sürüşmə zonalarında stabillikdir”.

12.12.2019 17:21:00
Oxuma sayı: 30