YAP-ın seckilərdəki əsas namizədləri arasında Siyavuş Novruzov da var
Ölçü:

Fevralın 9-a təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP)  əsas namizədləri arasında Siyavuş Novruzov da var.

Koordinat.az xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Hüseyn Paşayev bildirib. O, qeyd edib ki, YAP əvvəlki seçkilərdə olduğu kimi  2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində də bütün dairələr üzrə öz namizədlərini irəli sürəcək: "Ona görə də İdarə Heyətinin qərarı ilə respublika üzrə mövcud 125 dairənin hər birinə səlahiyyətli nümayəndələr təyin edib. Artıq Yeni Azərbaycan Partiyasının bu səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında təsdiq olunub, yəni qeydə alınıb. O cümlədən Yeni Azərbaycan Partiyasının ölkə üzrə səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təyin olunub. YAP-ın sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov YAP-ın MSK-dakı yeganə səlahiyyətli nümayəndəsidir. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsidir”.

Hüseyn Paşayev YAP icra katibinin müavini Siyavuş Novruzovun deputatlığa namizədliyinin irəli sürülüb-sürülməməsi məsələsinə belə cavab verib: "Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının qurulmasında, təşkilatlanmasında və sonrakı fəaliyyəti dövründə  həmişə üzdə olmuş şəxslərdən olub. Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə düşünür ki, Siyavuş Novruzov növbəti parlament seçkilərində də partiyanın əsas namizədlərindən biri olaraq təmsil olunacaq”.

12.12.2019 16:44:00
Oxuma sayı: 45