Bakıdan Məşhədə birbaşa aviareylər açılır
Ölçü:


Dekabrın 16-dan etibarən İranın Məşhəd şəhəri ilə Azərbaycanın Bakı şəhəri arasında birbaşa aviareyslər təşkil olunacaq.

Koordinat.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə Məşhəd-Bakı və əks istiqamətdə birbaşa uçuşlar təşkil olunacaq.

Aviareyslər həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər həyata keçiriləcək. Səfirlik bildirir ki, bu planın icraçısı "Bakustar" şirkətidir. "Bakustar" şirkəti bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif edir.

12.12.2019 16:11:00
Oxuma sayı: 72