Məktəblərdə neçə gün tətil olacaq?
Ölçü:


“6 günlük dərs olan orta məktəblərdə Yeni ildə neçə gün bayram tətili olması hələ müəyyən edilməyib”.

Koordinat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, hələlik bu məsələ ilə bağlı nazirlik qərar verməyib: "Hələlik həmin vaxta bir müddət var. Təhsil Nazirliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat verəcək".

12.12.2019 14:13:00
Oxuma sayı: 122