Ukrayna xam neftin 78 faizini Azərbaycandan alır
Ölçü:


Bu ilin yanvar-noyabr ayları ərzində Ukrayna Azərbaycandan 297,9 mln. ABŞ dolları dəyərində neft idxal edib ki, bu da Ukraynanın ümumi xam neft idxalının 77,8%-nə bərabər olub.

Koordinat.az
xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, ümumilikdə, hesabat dövründə Ukrayna 382,7 mln. dollar dəyərində neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azdır.

Neft idxalının həcminə gəlincə, 2019-cu ilin yanvar-noyabr aylarında Ukrayna xam neft idxalının həcmini 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,2% artıraraq 745,9 min tona çatdırıb.
12.12.2019 13:12:00
Oxuma sayı: 74