Bakıda güclü yanğın - zəhərlənənlər var -FOTO
Ölçü:


Bakıda güclü yanğın hadisəsi baş verib.

Koordinat.az
xəbər verir ki, yanğın Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində yerləşən binada qeydə alınıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, binada sakinlər qalıb. Əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları, canlı qüvvə və təcili yardım maşını cəlb olunub. Həmçinin helikopterlərin havada olduğu deyilir. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
 
"Report"un yaydığı məlumatda isə xilasedicilər tərəfindən bir neçə azyaşlının binadan çıxarıldığı, hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

Hazırda həkimlər onlara hadisə yerində tibbi yardım göstərirlər. Yanğın hazırda davam edir.
10.11.2017 22:44:00
Oxuma sayı: 1349