Bakıda torpaq 4 faiz bahalaşıb
Ölçü:

Bu ilin noyabr ayı ərzində Bakının torpaq bazarında qiymətlərdə stabillik müşahidə olunub.

Koordinat.az xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, ötən ay torpaqların orta satış qiymətində aylıq ifadədə 0,1% azalma qeydə alınıb: "Cari ilin yanvar-noyabr ayları üzrə torpaq bazarında qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 3,7% artıb".
12.12.2019 10:08:00
Oxuma sayı: 36