Azay Quliyevdən təşəkkür və qınaq - Oqtay Gülalıyevlə bağlı
Ölçü:

Millət vəkili Azay Quliyev hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib.

Koordinat.az  xəbər verir ki, bu barədə  Azay Quliyev "tvitter" hesabında yazıb: "Heydər Əliyev Fondunun Oqtay Gülalıyevin müalicəsi üçün göstərdiyi hərtərəfli dəstək və bu dəstəyin bundan sonra da davam edəcəyi barədə verdiyi son açıqlama ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir və təqdir olunur. Təəssüflər olsun ki, baş vermiş bu bədbəxt hadisədən özünün cılız siyasi məqsədləri üçün istifadə edənlər və Fondun bu nəcib və xeyirxah addımını qaralamaq məqsədilə siyasi şou düzəldənlər də var".

Deputat taxsi xidməti göstərən avtomobil tərəfindən vurularaq ölümcül vəziyyətə salınan Oqtay Gülalıyevin sağlamlıq durumu ilə bağlı kampaniya aparanları qınayıb: "Hesab edirəm ki, sağlamlıq durumu kritik olan bir şəxsin həyatı ilə manipulyasiya etməyə heç kimin haqqı yoxdur. Bu nə mənəviyyata, nə də siyasi əxlaqa sığır.
Bütün bunlara rəğmən xeyirxah əməlini davam etdirdiyinə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür edir və Oqtay Gülalıyevə Allahdan şəfa diləyirəm".

11.12.2019 20:34:00
Oxuma sayı: 70