Bakıda 91 yaşlı qadının evinə basqın edildi
Ölçü:



Bakıda yaşlı qadına qarşı quldurluq edilib.
Koordinat.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Məmiyev Akif Yəhya oğlu, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, mənzil 17-də yaşayan tanışı, 1928-ci il təvəllüdlü Ofiserova Lidiya Vasiliyevnaya zor tətbiq edərək evdə olan pul və qızıl əşyalarını tələb edib.
L.Ofiserova ona qarşı müqavimət göstərdiyi üçün A.Məmiyev hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində A.Məmiyev tutulub.
Faktla bağlı cinayət işi başlanıb.

 
11.12.2019 18:20:00
Oxuma sayı: 34