İcra başçısı “EuroHome”da malları yanan sahibkarlarla görüşdü
Ölçü:


Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyev “EuroHome” ticarət mərkəzində baş verən yanğından ziyan çəkmiş sahibkarlarla görüşüb.

Koordinat.az
-ın məlumatına görə, RİH başçısı deyib ki, hadisə ilə bağlı araşdırma aparılacaq, dəymiş ziyan müəyyənləşdiriləndən sonra sahibkarlar, icarədarlar bir-bir RİH-ə dəvət olunacaq: “Kompensasiya ödənilməsi məsələsinə baxılacaq”. 
Qeyd edək ki, dekabrın 10-da Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğınsöndürənlərin şücaəti ilə yanğından mühafizə olunub və yanğın söndürülüb.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

11.12.2019 12:59:00
Oxuma sayı: 29