Bakıda mənzillərin kirayəsi bahalaşıb
Ölçü:

Bu ilin noyabr ayı ərzində Bakının kirayə mənzil bazarında qiymətlər 2,4% artıb.

Koordinat.az xəbər verir ki,  bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, hesabat ayında obyektlərin icarəsində 6,2% artım qeydə alınıb.

"Yanvar-noyabr ayları üzrə kirayə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% artıb. Obyektlərin icarəsində isə illik artım 6,4% təşkil edib", - deyə N. İbrahimov bildirib.

11.12.2019 13:03:00
Oxuma sayı: 31