AYİB Gürcüstana 54 milyon dollar ayırıb
Ölçü:


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Yaşıl İqlim Fondu və Avstriya Federal Maliyyə Nazirliyi ilə birgə Gürcüstanda “Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi” proqramına start verib.

Koordinat.az
xəbər verir ki, proqrama əsasən, AYİB, Yaşıl İqlim Fondu və Avstriya Federal Maliyyə Nazirliyi ölkədə iqlim dəyişikliklərinin fəsadlarının azaldılması, enerji səmərəliyinin artırılması və kiçik və orta bizneslərin bu yeniliklərə adaptasiya olunması üçün yönələn investisiyalara 54 mln. ABŞ dolları məbləğində vəsait ayırıb.

Mümkün investisiyalara enerjiyə qənaət edən tikinti materialları, ikiqat şüşəli pəncərə və qapılar, istilik izolyasiyası, işıqlandırma, tikinti, kənd təsərrüfatı maşın və avadanlıqları, fotoelektrik günəş panelləri, geotermal istilik nasosları və suya qənaət edən suvarma sistemlərini daxil edir.
11.12.2019 11:37:00
Oxuma sayı: 83