Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək
Ölçü:


Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan Çexiyadan Ermənistana ekstradisiya ediləcək.

Koordinat.az
xəbər verir ki, Ermənistan baş prokurorluğu N.Sarkisyanın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı Çexiyaya müraciət edib. Çexiyanın aidiyyəti qurumları Ermənistan baş prokurorluğunun müraciətinə baxaraq qərar qəbul edib. Qərara əsasən, N. Sarkisyan Ermənistana təhvil verəcək.

Xatırladaq ki, beynəlxalq axtarışa verilən N. Sarkisyanın dekabrın 6-da Praqada olduğu müəyyən olunub. O, saxta Qvatemala pasportu ilə “Franklin Qonzalez” adı altında gizlənib.

N. Sarkisyan narkotik ticarətində və qanunsuz silah saxlamaqda ittiham olunur.
10.12.2019 15:34:00
Oxuma sayı: 41