"EuroHome”da söküntü işləri aparılır
Ölçü:


Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən "EuroHome” tikinti materialları bazarında söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir.

 Bu barədə Koordinat.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib: “Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün FHN-in müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir”.

10.12.2019 14:13:00
Oxuma sayı: 34