General FHN-dəki işindən azad edilib
Ölçü:


Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

Koordinat.az
-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

FHN-dən Modern.az-a təyinatı təsdiqləyiblər. FHN-in Bakı Regional Mərkəzinin yeni rəisi H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.

Ailəlidir, 2 övladı var.

10.12.2019 13:28:00
Oxuma sayı: 152