"EuroHome” yandı- əraziyə 20-dək yanğınsöndürən, 4 həkim briqadası göndərilib
Ölçü:

Bu gün səhər Bakı-Sumqayıt yolunun üzərində yerləşən “EuroHome” təmir-tikinti materialları bazarında yanğın baş verib.

Koordinat.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub. Hazırda yanğın davam edir, 20-dək yanğındürmə maşını  alovun qarşısını almağa çalışır. Yanğının əhatə dairəsi geniş olduğu üçün helikopter cəlb olunub.

Yanğınla əlaqədar Xırdalan dairəsi istiqamətindəki yollarda nəqliyyatın tıxacı da yaranıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, səhər saatlarında "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “Eurohome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Səhiyyə Nazirliyi də “EuroHome” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. Məlumata görə, “Ekologiya postu” kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub. Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.
10.12.2019 09:37:00
Oxuma sayı: 129