Ermənistan telekanalının İğdırı erməni şəhəri kimi təqdim etdi - Türkiyədən cavab
Ölçü:

Ermənistanda fəaliyyət göstərən “Western Armenian TV” telekanalının İğdır şəhərini “Qərbi Ermənistan” şəhəri kimi təqdim etməsi Türkiyədə narazılığa səbəb olub.

Koordinat.az
xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri sədrinin müavini, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bildirib ki, İğdır türk şəhəridir və onun “Qərbi Ermənistan”a aid olması mümkün deyil.

“Türk düşməni olan ermənilər hər fürsətdə göstərirlər ki, onların gözü illərdir türk torpaqlarındadır. Hazırda yaşadıqları İrəvan şəhəri də türk yurdudur, Qərbi Azərbaycanın bir parçasıdır”, - deyə S. Ünsal vurğulayıb. 

Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey qeyd edib ki, İğdırla bərabər, Şərqi və Cənub-Şərqi Anadoluda yerləşən 20-yə yaxın şəhəri də “Qərbi Ermənistan” kimi göstərən telekanalın yayımına icazə verən Ermənistan dövləti açıq şəkildə Türkiyə torpaqlarına ərazi iddiasını ortaya qoyub. O bildirib ki, Avropada yaşayan, 1915-ci ildə Osmanlı imperiyası dövründə deportasiya edilən erməni ailələrinin nəvələrinin başlatdığı bu hərəkat Fransa və Ermənistan tərəfindən dəstəklənir.

G. Gülbey vurğulayıb ki, Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Ermənistana nota verməlidir.
09.12.2019 17:47:00
Oxuma sayı: 239