Türkiyə Suriya sərhədinə əlavə tanklar yerləşdirdi
Ölçü:



Türkiyə Suriya sərhədinə əlavə 10 tank cəlb edib.

Koordinat.az-ın “Haber Turk”ə istinadən verdiyi xəbərə görə, tanklar Ankaradan göndərilib. Məlumata görə, gün ərzində daha bir neçə döyüş maşının göndəriləcəyi bildirilir.   

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bundan əvvəl həftə ərzində Suriyanın Mənbic və Afrin bölgələrində YPG qüvvələrinə qarşı əməliyyat keçirə biləcəyini bəyan edib.  

R.T. Ərdoğan daha sonra ABŞ-ın Suriyanın şimalında “sərhəd təhlükəsizliyi qüvvələri” yaratmaq planının Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaratdığını bildirib. 
16.01.2018 20:56:00
Oxuma sayı: 686