Vəkillər Kollegiyasından məcburi köçkünlərə vacib dəstək - pulsuz hüquqi yardım göstərilib - FOTOLAR
Ölçü:

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakının Qaradağ rayonunda "Qobu Park-2" yaşayış kompleksində məcburi köçkünlərə pulsuz hüquqi yardım aksiyası keçirilib.

Koordinat.az xəbər verir ki, yaşayış kompleksində yerləşən Zəngilan rayon 20 saylı tam orta məktəbdə təşkil edilmiş aksiyada Dövlət Komitəsinin hüquq sektorunun müdiri Ziya Məmmədov və Bakı şəhər 20 saylı vəkil bürosunun rəhbəri İlhamə Həsənova çıxış edərək bildiriblər ki, tədbirin məqsədi qaçqınların və məcburi köçkünlərin hüquqi maarifləndirilməsi, onlara bu sahədə əməl kömək göstərilməsidir.
Qeyd edilib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin və maddi vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində məqsədyönlü ardıcıl iş aparılır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də davamlı xarakter daşıyır.
Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə hazırda ölkəmizdə hüquqi islahatların aparıldığı, bu islahatların insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaratdığı, məhkəmə-hüquq sismində şəffaflığı daha da genişləndirdiyi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə vətəndaşlara göstərilən hüquqi xidmətlərdə ciddi keyfiyyət dəyişikliyi yaratdığı qeyd edilib.

Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin hüquqularının qorunması, qanuni mənafelərinin təmin edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlarla iş sahəsində apardığı siyasətin vacib elementidir. Onlar da, digər vətəndaşlar kimi, şəxsi və ictimai həyatda zəruri hüquqi dəstək tələb edən müxtəlif məsələlərlə üzləşir, bu zaman bəzən maddi imkansızlıqdan peşəkar hüquqşünasların xidmətlərindən istifadə etməyə çətinlik çəkirlər.

Vəkillər Kollegiyasının rəhbərliyi bunu nəzər alaraq, öz üzvlərinə məcburi köçkünlərə dəstək verməyi tövsiyə edib. Bakı şəhər 20 saylı Vəkil Bürosu bu təşəbbüsə birinci olaraq qoşulub. Büronun rəhbəri İlhamə Həsənova, vəkillər - Gülnar Qulizadə, Abdul Bağırov, Rubayıl Səfərov, Nəsimi Cəfərov, Yeganə Məmmədova, Pərvanə Məmmədova, Taleh Abbasov, Turan Abdullazadə, Əlibaba Əliyev və Elçin Mikayılov "Qobu Park-2" yaşayış kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə vətəndaşların muraciətlərin baxılması qaydaları, pensiya təminatı, məcburi köçkünlərin imtiyazları, sahibkarlıq məsələləri və s. barədə ətraflı məlumat veriblər.
Sonra məcburi köçkünlərin fərdi müraciətləri dinlənilib, sualları cavablandırılıb, həmçinin hüquqi yardıma ehtiyacı olan 100 nəfərə yaxın məcburi köçkünə məsləhət verilib və əməli yardım göstərilib.

Məcburi köçkünlərə ödənişsiz hüquqi yardım layihəsi respublikamızdakı digər müvafiq qəsəbələrdə də təşkil olunacaq.


09.12.2019 14:15:00
Oxuma sayı: 86